Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizi düşmən tapdağından azad etmək üçün əks-hücumu ilə başlamışdır. İlk günlərdə əsas cəbhə xətti Füzuli rayonunun Qaraxanbəyli kəndi və başqa yaşayış istiqamətlərində ordumuzun hücumu ilə yarılaraq düşmən pərən-pərən salındı. Düşmənin keçilməz hesab etdiyi sədd rəşadətli ordumuzun əsgər və zabitlərinin ölümün gözünə dik baxaraq canı, qanı bahasına zəfər yürüşü ilə fəth edildi. 27 sentyabr 2022-ci il tarixdə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin və birinci Vitse Prezident Mehriban xanım Əliyeva Füzuli rayonunun Qaraxanbəyli kəndi ərazisində 44 günlük müharibədə ilk şəhid olmuş əsgər və zabitlərimizin şərəfinə ucaldılmış, yenilməzlik rəmzi olan monumental qaya parçasını ziyarət etmiş, abidə önünə tər gül dənələri qoymuşlar. Ölkə Prezidentinin düşmənə qarşı haqqımızı bərpa etmək üçün haqlı və ciddi davranması erməni revanşistlərinə və onların havadarlarına dəmir yumruğun daim haqq işi uğrunda qüvvədə olduğunu xatırladır. Azərbaycan xalqının yüz illər boyu itirdiyi ərazilərinin və halal haqqının bərpası ölkə başçımıza xüsusi qürur verir. Xalq-iqtidar xalq-ordu birliyi bir daha cənab Prezidentin ilk seçkisində mən hər bir Azərbaycanlının Prezidenti olacağam sözlərinin əməldə, işdə təsdiqini sübut edir. Azərbaycan xalqının itirilmiş qürurunun özünə qaytarılması, əsgər və zabitlərimizin qələbəsinə sevinməsi, şəhidlərimizin tökülən qanlarına həssaslıqla yanaşması təkcə ölkə başçısı kimi deyil, hər bir vətəndaşa ata, qardaş qayğısı ilə yanaşması Cənab Prezidentin həyat idealına çevrilmişdir. Hal-hazırda sərhədlərin təyin olunması nə qədər ləng gedəcəksə, Azərbaycan bir o qədər tarixi torpaqlarına və haqq işinin bərpasına doğru irəliləyəcək. Qorxmaz igidlərimiz torpaqlarımızın müdafiəsi üçün ölümün gözünə ölməzliklə baxaraq müqəddəs şəhidlik zirvəsinə yüksəldilər. Elə bu yaxınlarda erməni təxribatlarının qarşısını alarkən düşmənə sarsıdıcı zərbə vuraraq lazımi nöqtələri fəth edib şəhidlik zirvəsinə ucalan igidlərimiz xalqımızın, dövlətçiliyimizin, ordumuzun yenilməz və əbədiyaşar olduğunu bir daha sübut etdi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev. Şanlı bayrağımızın növbəti ünvan Xocalı, Xankəndi, Ağdərə, Zəngəzurdan Naxçıvana keçidi olacaq. Aydın Həsənov,Xocalı rayonundan məcburi köçkün